31/05/2022
13:00
1989
| A A A
İspaniya futbol tarixinin rəmzi komandası açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası İspaniya tarixinin rəmzi komandasını açıqlayıb.

Goal.az xəbər verir ki, əsas "11-lik"də 4-3-3 taktiki sxeminə yer verilib.

Hazırda karyeralarını davam etdirən Fransa PSG-sindən Serxio Ramos və Yaponiyanın Vissel Cobe klubundan Andres İnyesta da heyətdə yer alıb.

Qapıçı: İker Kasilyas

Müdafiəçilər: Fernando Yerro, Rafeel Qordilyo, Serxio Ramos, Karles Puyol

Yarımmüdafiəçilər: Xavi Ernandes, Andres İnyesta, Luis Suares Miramontes

Hücumçular: Raul Qonsales, Telmo Sarra, Fransisko Xento