Avropanın ən çox borcu olan futbol klubları açıqlanıb
Avropanın ən çox borcu olan futbol klubları açıqlanıb.
Goal.az xəbər verir ki, siyahının ilk pilləsindən Barcelona qərarlaşıb. Hazırda Kataloniya təmsilçisinin 1,3 milyard borcu var.
Klub məhz bu səbəbdən ötən il ulduz futbolçusu Lionel Messi ilə müqavilənin müddətini yeniləyə bilməyib və 35 yaşlı hücumçu PSG-yə keçib.
İkinci sırada 900 milyon avro borcla Juventus yer alıb. İlk "3-lüy"ü 826 milyon avro borcla Tottenham qapayır.
Növbəti sıralarda İnter (702 milyon avro), Milan (666 milyon avro), Real Madrid (662 milyon avro), Arsenal (625 milyon avro), Atletico Madrid (523 milyon avro), Manchester United (420 milyon avro) və Liverpool (386 milyon avro) klubları qərarlaşıb. (report)