Ən bahalı futbolçu müəyyənləşib
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın ən dəyərli futbolçuların siyahısını açıqlayıb.
Goal.az xəbər verir ki, siyahıya PSG-nin futbolçusu Killian Mbappe başçılıq edib.
Gənc fransızın dəyəri 205,6 milyon avro qədər dəyərləndirilir.
Real-ın futbolçusu Vinisius Junior ikinci (185,3 milyon), Manchester City-nin forvardı Erlinq Haaland isə (152,6 milyon) üçüncü pillədə qərarlaşıb. (sportall)