09/06/2022
12:23
580
| A A A
Blatterin məhkəmədə halı pisləşdi

Sabiq FİFA prezidenti Yozef Blatterin Bellintson Şəhər Məhkəməsində fırıldaqçılıqla bağlı ifadə verərkən halı pisləşib.

Goal.az xəbər verir ki, informasiyanı "L'Equipe" yayıb.

Mənbə 86 yaşlı Baletterin nəfəs darlığından şikayətləndiyini və hakimin səhhəti ilə əlaqədar yaranan problemə görə onun sabah danışdırılmasına şərait yaratdığını açıqlayıb.

Xatırladaq ki, Blatter və sabiq UEFA prezidenti Mişel Platini 2 milyon İsveçrə frankı məbləğində maliyyə fırıldaqçılığında günahlandırılırlar. Baş prokurorluq FİFA-dan 2011-ci ildə Platininin hesabına köçürülən bu məbləğin heç bir qanuni əsasının olmadığını bildirir. Blatter və Fransa millisinin sabiq ulduzu isə ittihamlarla razılaşmır. (fanat)