FIFA Neftçi-yə ödəniş etməyən Tunis klubuna transfer qadağası qoyub
FIFA Tunisin Esperans klubuna transfer qadağası qoyub.
Goal.az xəbər verir ki, buna komandanın Neftçi-dən heyətinə qatdığı Sabir Buqrin üçün ödəniş etməməsi səbəb olub.
Qərara əsasən, Esperans qarşıdakı 3 transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək. Klub 827 min manat məbləğində təzminatı ödədikdən sonra qadağa aradan götürülə bilər.
Qeyd edək ki, Sabir Buqrin bu ilin yanvarında Neftçi-ni Esperans klubuna dəyişib.(report)