17/06/2022
17:04
419
| A A A
Sumqayıt-ın hazırlıq planı bəlli olub

Sumqayıt-ın yay hazırlıq planı bəlli olub.

Goal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi iyunun 27-də doğma şəhərdə bir araya gələcək.

İyulun 15-dək Sumqayıtda hazırlıq keçəcək komanda toplanışın 2-ci mərhələsi üçün Türkiyəyə yollanacaq. Boludakı 2 həftəlik təlimlərdə 3 yoxlama oyunu nəzərdə tutulub. Hələlik sparrinq-rəqiblərin adları bilinmir.

Qeyd edək ki, Sumqayıt ötən mövsüm Azərbaycan Premyer Liqasını 22 xalla 6-cı pillədə başa vurub. (report)