23/06/2022
13:50
1327
| A A A
Maradonanın ölüm işi: 8 günahkar məhkəmə qarşısına çıxarılır

Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı araşdırma başa çatıb.

Goal.az xəbər verir ki, keçmiş futbolçunu müalicə edən həkimlərdən 8 şübhəli müəyyən edilib.

Söhbət neyrocərrah Leonardo Luka, psixiatr Aqustin Kosaçov, psixoloq Karlos Diaz, tibbi koordinator Nensi Forlini, tibb qardaşçları Mariano Perroni və Rikardo Almirone, tibb bacısı Dahian Madrid və ailə həkimi Pedro Pablo Di Spanyedən gedir.

Həkimlərin “qəsdən adam öldürmə” maddəsi ilə mühakimə olunacağı bildirilir. Müstəntiqlər belə nəticəyə gəliblər ki, həkimlər öz vəzifələrini səhlənkarlıqla və ya xəstənin ölümünə səbəb olacağını bilərək ümumiyyətlə yerinə yetirməyiblər.

Xatırladaq ki, Dieqo Armando Maradona 25 noyabr 2020-ci ildə kəskin ürək-tənəffüs böhranından dünyasını dəyişib.(fanat)