27/06/2022
19:12
1192
| A A A
Roma-nın keçmiş futbolçusu şəhər meri seçildi

İtaliya millisinin və Roma-nın sabiq futbolçusu Damyano Tommazi Verona şəhərinin meri seçilib.

Goal.az xəbər verir ki, veteran yarımmüdafiəçi seçkilərin final mərhələsində 54,4 faiz səs toplayıb.

Onun əsas rəqibi Federiko Zboriana isə 46,6 faiz səs yığa bilib.

Damyano Tommazi futbolçu karyerasında Roma ilə yanaşı, Uelsin QPR və İspaniyanın Levante klublarında da çıxış edib. O, yığmada 25 oyun keçirib.