27/06/2022
20:59
1084
| A A A
Təzyiqlə üzləşdi, Qətərlə oyunu rədd etdi

Keçən mövsüm İngiltərə Premyer Liqasından Çempionşipə yuvarlanan Watford Qətər millisi ilə yoldaşlıq oyununu ləğv etməli olub.

Goal.az xəbər verir ki, ingilislər mundialın təşkilatçıları ilə yay hazırlıqlarını keçirdiyi Avstriyada qarşılaşmalı idi.

Ancaq klubun mətbuat xidməti matçın ləğv edildiyini rəsmi olaraq təsdiqləyib.

Buna səbəb qadın hüquqlarına önəm verən Watford-un fanat qrupları, eləcə də "LGBTQ+" icması və "Proud Hornets"in birgə bəyanatı olub. Etirazçılar komandanın qadın hüquqlarının kobud şəkildə pozulduğu ölkənin milli komandası ilə oynamağı planlaşdırmasından məyus olduqlarını bildiriblər.

Qeyd edək ki, ilin sonunda dünya çempionatının keçiriləcəyi stadionları tikən Afrika və Cənubi Asiyadan olan çoxsaylı işçi miqrantların ağır şəraitdə çalışması səbəbindən Qətər illərdir tənqid hədəfinə çevrilib. Rəsmi məlumatlara görə, inşaat işləri zamanı təxminən 6500 miqrant həlak olub. (fanat)