09/07/2022
18:15
1292
| A A A
Shakhtar klubu FIFA-nı məhkəməyə verəcək

Shakhtar Donetsk FIFA-nı məhkəməyə verəcək.

Goal.az xəbər verir ki, bu barədə yerli jurnalist İqor Tsiqanik paylaşım edib.

O bildirib ki, Donetsk təmsilçisi ali futbol qurumunun əcnəbi futbolçuların müqavilələri ilə bağlı tətbiq etdiyi yeni qaydadan narazıdır. Shakhtar Donetsk rəhbərliyi hesab edir ki, FIFA futbolçularla yanaşı, klubları da qorumalıdır.

Qeyd edək ki, FIFA Rusiya və Ukrayna Premyer Liqasında çıxış edən legionerlərə müqavilələrini 2023-cü ilin iyununadək dayandırmağa icazə verib. Bu müddət ərzində futbolçular istənilən digər ölkələrin komandalarında oynaya bilərlər. (report)