11/07/2022
14:11
3314
| A A A
Barcelona-nın futbolçusu həddindən artıq spirtli içki qəbuluna görə həbs edilib

Polis Barcelona-nın futbolçusunu İbizada tətildə olarkən həddindən artıq içki qəbul etdiyi üçün həbs edib.

Goal.az xəbər verir ki, bu barədə “Dongcast” podkastına istinadən “Marca” nəşri məlumat yayıb.

Podkastın aparıcısı futbolçunun adını çəkməsə də, bunun ötən mövsüm Kataloniya klubuna keçən hücumçu olduğuna eyham vurub.

Futbolçunun iyunun 25-də həbs edildiyi qeyd olunub. O, cəriməni spirtli içki testindən keçə bilməyəndən sonra ödəyib. (report)