12/07/2022
14:00
1640
| A A A
Hindistanda rusları aldatmaq üçün saxta yarış təşkil olunub

Hindistanda rusiyalıları aldatmaq üçün kriket üzrə saxta turnir təşkil edilib.

Goal.az xəbər verir ki, saxta turnir yarışların faktiki başa çatdığı may ayından üç həftə sonra başlayıb. Fırıldaqçılar kriket meydançası quraraq, oyunçu rolunu oynayan aktyorlar tutublar. Aktyorlar müxtəlif komandaların formalarını geyiniblər.

Saxta təşkilatçılar nəticələrin ekranda əks olunması üçün canlı yayımda kompüter qrafikasından da yararlanıblar. Görüşlər yutub kanalı vasitəsilə nümayiş etdirilib.

Azarkeşlərin səs-küy effektləri internetdən yüklənilib, hindistanlı şərhçilərdən birini imitasiya etməyə qadir dinamik isə turnirə həqiqilik vermək üçün yaradılıb.

Beləliklə, fırıldaqçıların yaratdıqları teleqram kanalında rusiyalı mərc həvəskarları aldanaraq, pul qoyuluşu ediblər. "Təşkilatçılar" isə saxta hakimə hansı nəticəni təmin etməyin gərəkliyini bildiriblər. Nəticədə rusiyalı istifadəçilərdən ümumilikdə 3 700 dollar əldə olunub. (report)