12/07/2022
18:09
1734
| A A A
Totti həyat yoldaşından ayrıldı

Roma-nın əfsanəvi futbolçusu Françesko Totti həyat yoldaşı, italiyalı teleaparıcı İlari Blasidən ayrılıb.

Goal.az xəbər verir ki, bu barədə İlari Blasi məlumat verib.

O, 20 illik evliliyinin bitdiyini açıqlayıb. Məlumatı Totti də təsdiqləyib: “Evliliyimdəki problemi aradan qaldırmağa çalışdım. Amma bu gün anlayıram ki, ayrılıq seçimi ağrılı olsa da, qaçılmazdır”.

Totti və Blasinin üç övladı var.