Qara Qarayevin son durumu açıqlanıb
"Qara Qarayevin haqqında konkret fikir bildirmək çətindir".
Goal.az xəbər verir ki, bunu Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov Bakıda Lech-ə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis yarımmüdafiəçinin sabah ikinci dəfə tibbi müayinədən keçəcəyini bildirib: "Onun tam ciddi yox, amma bir az problemi ola bilər. Sabah daha dəqiq məlumat əldə etmək mümkündür".
Qeyd edək ki, 30 yaşlı oyunçu zədə səbəbindən Lech-lə matçda iştirak etməyib. (report)