Xavini ABŞ-a buraxmadılar
Barcelona-nın baş məşqçisi Xavi komandası ilə birlikdə ABŞ toplanışına gedə bilməyib.
Goal.az xəbər verir ki, ispaniyalı mütəxəssis pasportla bağlı problem yaşayıb. Xavi daha əvvəl 3 dəfə İrana səfər etdiyinə və sənədində bu ölkənin möhürü olduğuna görə ABŞ-a buraxılmayıb.
42 yaşlı çalışdırıcı üçün xüsusi icazə alınacaq və o, bazar ertəsi Kataloniya təmsilçisinin təlim-məşq toplanışına qatılacaq.
Barcelona ABŞ turu zamanı İnter Miami, Real, Juventus və New York Red Bull-la hazırlıq matçları keçirəcək. (sportal)