Xavinin ABŞ problemi həll olundu
Barcelona-nın baş məşqçisi Xavi Amerika turunda komandaya qoşulub.
Goal.az kataloniyalıların rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bürokratik problemləri həll etməyi bacarıb.
Xavi problemləri şəxsən həll etmək və ABŞ-a səfər edə bilmək üçün həftənin əvvəlində Madridə gedib. Bundan əvvəl onun əvvəllər İranda səfərdə olmasına görə Amerikaya viza almaqda çətinlik çəkdiyi bildirilirdi. Xavi Qətərin Al-Sadd klubunda olarkən İrana üç dəfə səfər edib.