25/07/2022
18:21
697
| A A A
Azərbaycanın FIFA referisi Almaniyaya gedir

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın yay kurslarına qatılacaq.

Goal.az xəbər verir ki, iyulun 27-də Almaniyanın Frankfurt şəhərində start götürəcək kurslarda Ağayevin yer aldığı I kateqoriyadan cəmi 36 hakim iştirak edəcək.

Avropa futbol qurumu avrokuboklara görə kurslara az sayda referi dəvət edib.

Qeyd edək ki, yay kursları iyulun 29-dək davam edəcək.