Neftçi-nin baş məşqçisinin şikayəti təmin olunub
Neftçi-nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodanla bağlı apellyasiya şikayəti təmin olunub.
Goal.az xəbər verir ki, İlfov məhkəməsi 47 yaşlı mütəxəssisin aylıq cəmi 2 000 avro aliment ödəməsinə qərar verib. Daha əvvəl bu məbləğ 7 000 avro idi.
Rumıniyalı baş məşqçi 2008 - 2021-ci illərdə Prodanla ailəli olub. Onların bir övladı var.
Qeyd edək ki, Laurentsiu Regekampf Neftçi ilə 2 illik müqavilə imzalayıb. (report)