26/07/2022
17:00
619
| A A A
İsrailli futbolçunun atası Bakıdakı oyundan sonra baş məşqçiyə hücum edib

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Zirə-ni 3:0 hesabı ilə məğlub edən İsrailin Maccabi Tel-Aviv klubunun düşərgəsində insident baş verib.

Goal.az xəbər verir ki, qarşılaşmadan sonra futbolçu Oskar Qluxun atası Maksim Qlux baş məşqçi Vladimir İviçə hücum edib.

O, 18 yaşlı israilli yarımmüdafiəçinin 89-cu dəqiqədə meydana çıxmasına qəzəblənib.

M. Qlux açıqlamasında 45 yaşlı mütəxəssisi axmaq da adlandırıb: "Oğlum bu baş məşqçi ilə eyni komandada qalmayacaq. O, start heyətində meydana çıxmalı idi. Hazırda onun klubdan ayrılması gündəmdədir. Qlux cavab matçının iştirak ərizəsində yer almayacaq. Rəhbərlik bu günlərdə iclas keçirəcək və Oskar Qluxun başqa kluba keçidini müzakirə edəcək".

Qeyd edək ki, Maccabi və Zirə arasındakı İsraildəki cavab görüşü iyulun 28-də olacaq. (report)