28/07/2022
17:07
2221
| A A A
Neymarın 5 illik həbs edilməsi tələb olunur

Braziliya millisinin və PSG-nin futbolçusu Neymar korrupsiya işi üzrə məhkəmə qarşısına çıxmalı olacaq.

Goal.az xəbər verir ki, oktyabrın 17-də İspaniyada braziliyalı hücumçu və onun Barcelona ilə müqaviləsindəki korrupsiya ittihamı üzrə əlaqədar daha 5 nəfərə qarşı məhkəmə prosesi başlanacaq.

Neymarın valideynlərinə, o cümlədən Barcelona-nın sabiq prezidentləri Sandro Rosel və və Xosep Maria Bartomeuya qarşı da məhkəmə iddiası qaldırılıb.

İddianı qaldıran Braziliyanın DIS şirkətidir. Santos-da oynayarkən futbolçunun 40% hüquqlarına sahib olmuş bu şirkət hesab edir ki, Barcelona bu keçid zamanı fırıldaq işlədib və 150 milyon avrodan çox təzminat ödəməlidir.

Şirkət və prokurorluq hesab edir ki, 2011-ci ildə Neymar və atası futbolçunun hüquqlarının Santos-a aid olmasına məhəl qoymadan, Barcelona ilə iki saxta müqaviləyə qol çəkib.

Prokurorluq məhkəmədən Neymara 2 illik həbs cəzası və 10 milyon avro məbləğində cərimə verilməsini tələb edir. Şirkət isə Neymarın 5 il müddətinə həbs olunmasını istəyir. (report)