30/07/2022
18:17
461
| A A A
Qadın FIFA referisi AFFA-da VAR layihəsinin koordinatoru olub

AFFA-da video-köməkçi hakim (VAR) layihəsinin yeni rəhbəri bəlli olub.

Goal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti (PFL) seçilən Elxan Səmədov açıqlamasında bildirib.

Onun sözlərinə görə, FIFA referisi Fəridə Lütfəliyevaya VAR layihəsinin koordinatoru təyin olunub. 34 yaşlı ədalət təmsilçisi bu postda məhz Elxan Səmədovu əvəzləyib.

Qeyd edək ki, Elxan Səmədov iyulun 29-da PFL prezidenti seçilib. 2008-ci ildən quruma rəhbərlik edən Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb. (report)