04/08/2022
13:54
1900
| A A A
Barcelona-nın qarşıdakı mövsümdə nə qədər qazanacağı məlum olub

Barcelona futbol klubu 2022/2023 mövsümünün sonunda 1,3 milyard avro qazanmağa hazırlaşır.

Goal.az xəbər verir ki, bu proqnozla Kataloniya klubunun Direktorlar Şurası çıxış edib. Barselona televiziya hüquqlarının 15 faizinin “Sixth Street”ə transferindən 400 milyon avro alacaq. “Barca Studios”un 24,5 faizinin “Socios.com”a satılması 100 milyon avro gəlir gətirəcək.

Xatırladaq ki, Barcelona-nın bu transfer pəncərəsində əsas alışı Bayern-dən Kataloniya klubuna keçən polşalı hücumçu Robert Levandovski olub. Kluba əlavə edilənlər arasında Sporting-dən Frank Kessie, Leeds-dən sağ cinah müdafiəçisi Rafinya və Chelsea-dən müdafiəçi Andreas Kristiansen var. (report)