Levandovski qarət olunub
Barcelona-nın futbolçusu Robert Levandovskinin 70 min avro qiymətində saatını oğurlayıblar.
Goal.az xəbər verir ki, 33 yaşlı hücumçu məşqə gedərkən azarkeşlərə avtoqraf vermək üçün dayanıb və maşınının pəncərələrinin şüşələrini açıb. Bu vaxt bir fanat avtomobilin salonuna daxil olaraq futbolçunun saatını götürüb.
Levandovski oğrunu tutub, saatını geri qaytarmağa çalışsa da, həmin şəxs qaçıb. Polis oğrunun tutulmasına kömək edib və saat geri qaytarılıb.