02/09/2022
12:52
1398
| A A A
Silahlı şəxslər Real Madrid-in futbolçusunun evinə girib

Silahlı şəxslər İspaniyanın Real Madrid klubunun futbolçusu Dani Karvahalın evini qarət etmək istəyib.

Goal.az xəbər verir ki, 3 soyğunçu 30 yaşlı müdafiəçinin Boadilya del Monte şəhərindəki mənzilinə soxulub.

Qarətçilər həyəcan siqnalı işə düşdükdən sonra qaçıblar. İspaniyalı oyunçu həmin vaxt evdə olmayıb. Yerli polis məsələni araşdırmağa başlayıb.

Qeyd edək ki, daha əvvəl Barcelona-dan İngiltərənin Chelsea klubuna keçən Pyer-Emerik Obameyanq İspaniyadakı evində silahlı hücuma məruz qalıb. (report)