16/09/2022
13:18
2828
| A A A
UEFA-nın yeni reytinq cədvəli açıqlandı

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

Goal.az xəbər verir ki, bu, Qarabağ-ın Avropa Liqasının 2-ci turunda Fransa Nantes-ı üzərində 3:0 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,500 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 2.500-ə, son 5 mövsümdə isə 15,125-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Slovakiyanın 17,000 xalı var.