04/10/2022
16:47
3281
| A A A
Neftçi-nin baş məşqçisi ilə bağlı qərar verildi

Rumıniyada Neftçi-nin baş məşqçisi Laurentsiu Regekampfla onun qanuni həyat yoldaşı Anamariya Prodan arasında boşanma ilə bağlı məhkəmə çəkişməsi davam edir.

Goal.az xəbər verir ki, növbəti proses zamanı tərəflərin bir-birinə qarşı şikayətlərinə baxılıb. Bununla bağlı çıxarılan qərara əsasən, qərarın verildiyi gündən etibarən tərəflər bir-birindən ən azı 200 metr aralı gəzməlidir. Bu, 4 ay müddətində Regekampfa, 2 ay müddətində isə Anamariya Prodana tətbiq olunur. Bundan başqa, onlara bir-biriləri ilə telefon və digər vasitələrlə danışmaq qadağan olunub