06/01/2023
15:52
1625
| A A A
Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın ən bahalı futbolçularının siyahısını açıqlayıb.

Goal.az xəbər verir ki, araşdırma 75 liqadan ümumilikdə 30 000 oyunçu arasında aparılıb.

Yekun nəticəyə əsasən, İngiltərə millisinin və Almaniyanın Borussia Dortmund komandasının hücumameylli yarımmüdafiəçisi Cud Bellingem ən bahalı futbolçu olub. Onun transfer qiyməti 208,2 milyon avro olaraq qiymətləndirilir. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI