Dani Alveş həbs olundu
Məşhur braziliyalı futbolçu Dani Alveş cinsi qısnama ittihamı ilə Barselona polisi tərəfindən saxlanılıb.
Goal.az xəbər verir ki, 40 yaşlı müdafiəçi məhkəmə qarşısında ifadə verəcək.
Barcelona-nın keçmiş oyunçusu 2022-ci il dekabrın 30-da eyniadlı şəhərdə gecə klubunda gənc qadına qarşı cinsi qısnamaya yol verməkdə ittiham olunur. Zərərçəkənin ifadəsinə görə, o, futbolçunun yanından uzaqlaşmağa müvəffəq olanda dostlarına və gecə klubunun mühafizəsinə məlumat verib, onlar isə Kataloniya polisinə müraciət ediblər.
Qeyd edək ki, Alveş hazırda Meksikanın Pumas klubunun üzvüdür.