21/01/2023
13:49
1519
| A A A
Azərbaycan futbol tarixinin ən bahalı transferləri açıqlanıb

MDB ölkələrinin ən bahalı transferlərinin siyahısı açıqlanıb.

Goal.az xəbər verir ki, cədvəldə Azərbaycan futbolçuları da yer alıblar.

Azərbaycan tarixində bir klubdan digərinə ən yüksək məbləğ qarşılığında keçən oyunçu Narvik Sirxayev göstərilib. Yığmanın sabiq üzvü 2001-ci ildə Rusiyada Anji-ni Moskva Lokomotiv-inə 1 milyon avroya dəyişib.

Azərbaycanın ən tanınmış simalarından sayılan Vəli Qasımov bu baxımdan ikinci pillədədir. 55 yaşlı mütəxəssis 1992-ci ildə Rusiyanın Dinamo Moskva klubundan İspaniya təmsilçisi Betis-ə 600 000 avroya keçib.

Üçüncü yeri bölüşən futbolçular hazırda karyeralarını davam etdirirlər. Qarabağ-ın formasını geyinən Bəhlul Mustafazadəni 2021-ci ildə Birləşmiş Ərəb Əmirlikləri klubu Al-Ayn 500 000 avroya Sabah-dan transfer edib. Lakin müdafiəçi adıçəkilən komandada debüt etməyə vaxt tapmamış Vətənə qayıdıb və Qarabağ-la anlaşıb.

Futbolun sirlərini Almaniyada öyrənən Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov da 2019-cu ildə Portuqaliya Eştoril-indən İngiltərə klubu Wolverhampton-a eyni qiymətə keçib. Ancaq forvard heç bir rəsmi görüşdə iştirak etmədən Premyer Liqa klubundan ayrılıb.

Ölkə daxilində bir klubdan digərinə ən baha qiymətə transfer olunan futbolçu Elnur Allahverdiyev sayılır. Millinin sabiq müdafiəçisini Qəbələ 2013-cü ildə Xəzər Lənkəran-dan 450 000 avroya heyətinə qatıb.

Yazıda vurğulanıb ki, Riçard Almeyda 2012-ci ildə Braziliya klubu Santo Andre-dən Qarabağ-a yüksək məbləğə keçsə də, sonradan milliləşdirildiyi üçün siyahıya salınmayıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI