23/01/2023
12:53
3902
| A A A
Juventus avrokuboklardan kənarlaşdırıla bilər

UEFA növbəti mövsümlərdə Juventus-u avrokuboklardan kənarlaşdıra bilər.

Goal.az xəbər verir ki, maliyyə fırıldağına görə bir neçə gün əvvəl Juventus-un A Seriyasından 15 xalı silinmişdi.

UEFA Juventus-u klubun maliyyə pozuntuları ilə bağlı işin digər istiqaməti - maaş saxtakarlığı ilə bağlı "qeyri-idman davranışına" görə Avropa yarışlarından kənarlaşdıra bilər. Belə pozuntuların faktı sübuta yetirilərsə, UEFA klubun yeni maliyyə göstəricilərini nəzərə alaraq vəziyyəti öyrənəcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI