24/01/2023
14:20
1075
| A A A
Polşalı futbolçunun Qarabağ-la oyunda geyindiyi forma satışa çıxarılıb

Polşa millisinin və İtaliya Juventus-unun futbolçusu Arkadiuş Milikin Fransanın Marseille komandasının heyətində Bakıda Qarabağ-a qarşı keçirilmiş UEFA Konfrans Liqasının pley-off oyununda geyindiyi forma auksionda satışa çıxarılıb.

Goal.az xəbər verir ki, geyim dəstinin başlanğıc qiyməti 630 Polşa zlotu və ya təqribən 1,575 manatdır.

Milik imzalı formasını oyun başa çatdıqdan sonra hakimlər otağına daxil olaraq, həmyerlisi, görüşün referisi Bartoş Frankovskiyə hədiyyə edib. FIFA dərəcəli hakim isə formanı ölkəsinin Nikolay Kopernik universitetinin xeyriyyə məqsədilə təşkil etdiyi hərraca bağışlayıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI