26/01/2023
11:21
1186
| A A A
Lebron Ceyms NBA-da yeni rekorda imza atıb

ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) tarixinə düşüb.

Goal.az xəbər verir ki, 39 yaşlı idmançı buna "Los-Anceles Klippers"ə 115:133 hesabı ilə uduzduqları oyunda yiyələnib.

Ceyms bu qarşılaşmada 46 xal toplayıb.

Beləliklə, təcrübəli basketbolçu NBA komandalarının hamısına qarşı matçlarda ən azı 40 xal toplayan ilk oyunçu olub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI