13/02/2023
11:38
2060
| A A A
Belçikada qapıçı oyun zamanı huşunu itirərək vəfat edib

Belçikada Vinkel Sport-un 25 yaşlı qapıçısı Arne Espil Vestrozebek klubu ilə oyun zamanı dünyasını dəyişib.

Goal.az xəbər verir ki, A. Espil penaltini dəf edib, lakin bundan dərhal sonra özünü pis hiss edib və huşunu itirərək ot örtüyünə yıxılıb, bundan sonra matç dayandırılıb. Qapıçıya meydançada, o cümlədən defibrilatordan istifadə etməklə ilkin tibbi yardım göstərilib. İdmançı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI