“Qızıl top” mükafatına namizədlərin adları açıqlanıb
“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının 2023-cü il üçün əsas namizədlərinin yeni siyahısı dərc olunub.
Goal.az xəbər verir ki, “Goal” nəşrinin proqnozuna əsasən, Fransa PSG-sində çıxış edən Argentina millisinin futbolçusu Lionel Messi liderliyini qoruyub.
Onun Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe izləyib. İngiltərə Manchester City-sindən Erlinq Holand üçüncü yerdədir.
İlk “10-luq”:
1. Lionel Messi
2. Kilian Mbappe
3. Erlinq Holand
4. Robert Levandovski
5. Neymar
6. Markus Reşford
7. Vinisyus Junior
8. Xviça Kvaratsxeliya
9. Viktor Osimxen
10. Camal Musiala