İnter-in sahibləri klubu satmağa yaxındır
İnter-in sahibləri "Suning Holdings Group" şirkəti klubu satmağa yaxındır.
Goal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. A seriyası təmsilçisini Amerika fondu yaxın vaxtlarda almaq üçün danışıqlar aparır.
İddia olunur ki, klubun və ya onun bir hissəsinin satışı ilə bağlı vəziyyət iki həftə ərzində aydınlaşa bilər. Danışıqların uğurla irəlilədiyi, tərəflərin yayda müqavilə imzalayacağı bildirilib.
İnter-in sahibi Steven Zanq əvvəlcə klubu 1 milyard avro dəyərində qiymətləndirdi. Lakin daha sonra o, bu məbləği 1,2 milyard avroya qaldırdı.
Qeyd edək ki, İnter hazırda A seriyasının turnir cədvəlində 44 xalla 2-cidir.