18/02/2023
18:00
2396
| A A A
PSG-nin futbolçuları Qaltyedən narazıdırlar

PSG oyunçuları baş məşqçi Kristof Qaltyenin səviyyəsinə və peşəkarlığına şübhə ilə yanaşırlar.

Goal.az xəbər verir ki, komandanın bəzi oyunçuları mütəxəssisin komandanı daha da yaxşılaşdırmaq qabiliyyətinə şübhə edirlər. Oyunçular 56 yaşlı məşqçinin metodlarını köhnəlmiş və taktiki cəhətdən məhdud hesab edirlər. Galtye də bəzi oyunçulara xüsusi münasibət göstərməkdə şübhəli bilinir.

PSG Çempionlar Liqasında Bayern ilə oyun da daxil olmaqla, son üç matçda məğlub olub.

Qaltye bu mövsüm başlamazdan əvvəl PSG-nin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında Paris təmsilçisi 23 oyundan sonra 54 xal toplayaraq Fransa Liqa 1-in turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI