Hatayspor-un futbolçusu Türkiyədəki zəlzələdə həlak olub
Türkiyənin Hatayspor klubunun futbolçusu Kristian Atsu Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.
Goal.az xəbər verir ki, bu barədə qanalı hücumameylli yarımmüdafiəçinin agenti Murat Uzunmehmet açıqlama verib. O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib. (report)