Məhkəmə Dani Alveşin zaminə buraxılması tələbini rədd edib
İspaniyanın Barcelona klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş girov qarşılığında zaminə buraxılmayacaq.
Goal.az xəbər verir ki, Barselona məhkəməsi 40 yaşlı müdafiəçinin tələbini rədd edib.
Təcrübəli oyunçunun məhkəməyə qədər istintaq təcridxanasında qalmasına qərar verilib.
Vəkillər həbs müddətini elektron izləmə qolbağının istifadəsi və pasportun müsadirəsi kimi digər tədbirlərlə əvəzləməyi təklif ediblər. Onlar həmçinin Alveşi hər gün məhkəmədə yoxlamağa razılaşıblar. (report)