03/03/2023
15:26
2535
| A A A
Lionel Messi ölkəsində ölümlə hədələnib

Argentina millisinin və Fransanın PSG klubunun futbolçusu Lionel Messi ölkəsində ölümlə hədələnib.

Goal.az xəbər verir ki, naməlum şəxslər 36 yaşlı hücumçunun doğma şəhəri olan Rosarioda həyat yoldaşı Antonella Rokutsanın ailəsinə məxsus mağazaya 14 dəfə atəş açıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.

Onlar həmçinin divara qara kömürlə "Messi, səni gözləyirik. Pablo Yavkin (Rosario şəhərinin hazırkı meri - E.S) narkotik alverçisidir, səni xilas etməyəcək" yazıblar.

Polis hadisənin səbəblərini və həmin şəxslərin kimlyini araşdırır. Yerli hakimiyyət hesab edir ki, cinayətkarlar Messidən pul qoparmaq məqsədilə bu yola əl atıblar. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI