04/03/2023
17:59
4821
| A A A
Futbol tarixində ən çox qol vurmuş oyunçuların siyahısı yenilənib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün dövrlərdə ən çox qol vuran oyunçuların siyahısını yeniləyib.

Goal.az xəbər verir ki, portuqaliyalı Kriştianu Ronaldu birinci pillədə qərarlaşıb.

Hazırda Səudiyyə Ərəbistanının Al-Nasr klubunda çıxış edən 38 yaşlı hücumçu karyerası ərzində 709 dəfə fərqlənib.

Fransa PSG-sinin forvardı Lionel Messi 700 qolla ikinci sıradadır. İlk "3-lüy"ü Braziliya millisinin sabiq üzvü Romario (691) qapayır.

Qeyd edək ki, ən çox qol vuran futbolçu almaniyalı Ervin Helçman olsa da, o, siyahıya salınmayıb. Oyunçu 1923-1951-ci illərdə Almaniyanın müxtəlif yarışlarında 713 qola imza atıb. Hücumçu bunların əksəriyyətini həvəskar çempionatlarda vurub. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI