19/08/2016
18:43
23170
| A A A
"Rio-2016": Hacı Əliyev uduzdu, Cəbrayıl Həsənov yarımfinalda!

Bu gün Rioda sərbəst güləş üzrə yarışlara start verilib.

Goal.az xəbər verir ki, ölkəmizi 57 və 74 kq çəki dərəcəsində təmsil edən pəhləvanlarımız ilk görüşlərini qələbə ilə başa vurublar. Öncə 57 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hacı Əliyev mübarizəyə başlayıb. 1/8 finalda cənubi koreyalı Yunsik Yunla qarşılaşan pəhləvanımız rəqibini 12:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olub. Gürcü idmançısı qalib gəlib 4-3. Xinçeqaşvili finala yükələrsə Hacı Əliyev təsəlliverici görüşlərə qatılacaq.

74 kq çəki dərəcəsində mübarizəyə başlayan Cəbrayıl Həsənov da yarışa qələbə ilə başlayıb. İlk görüşünü 1/8 final mərhələsində keçirən təmsilçimizin rəqibi kolumbiyalı Karlos Arturo Mendes olub. Rəqibini 10:0 hesabı ilə məğlub edən Avropa çempionumuz 1/4 finalda gürcüstanlı Yakob Makaraşvili ilə qarşılaşıb. Cəbrayıl gürcü rəqibinə də şans verməyib 11-0.