17/12/2016
10:06
1680
| A A A
Fransanın eks prezidenti PSG-də çalışa bilər

Fransanın eks prezidenti Nikola Sarkozi bu dəfə fərqli sahədə vəzifə tuta bilər. Goal.az xəbər verir ki, tanınmış siyasətçinin PSG klubunda çalışması mümkündür. Klubun sahibi Təmin əl-Təni həmyerlisi Naser əl-Xəlaifini onunla əvəzləmək istəyir. Bu məsələ PSG-nin dekabrın 3-də "Montpellier"ə 0:3 uduzmasından sonra gündəmə gəlib. "Ludogorets"lə Çempionlar Liqasının qrup mərhələsində keçirilən son oyunda qeydə alınan heç-heçə Əl-Təninin fikrini biraz da qətiləşdirib. Amma bu, Əl-Xəlaifinin istefaya göndərilməsi barədə yayılan ilk xəbər deyil. 2016-cı ilin yayında Bin Hamad əl-Təninin sözügedən postu tutacağı deyilirdi.  

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
1447 səs