23/12/2016
18:31
2701
| A A A
Olimpiya təqaüdünün məbləği artırıldı

Prezident İlham Əliyev Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında sərəncam imzalayıb.

Goal.az-ın məlumatına görə, sənədə əsasən, Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.

“Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 594; 2006, № 5, maddə 403; 2008, № 1, maddə 5, № 9, maddə 793) 1-ci hissəsinin birinci cümləsində “min” sözü “1300 (min üç yüz)” sözləri ilə əvəz edilir.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
30142 səs