08/01/2017
12:34
1001
| A A A
"Bavariya"nın prezidenti Bundesliqa rəqiblərinə söz atdı

"Bayern Munich"in prezidenti Uli Höness Almaniya Bundesliqasındakı rəqiblərinə söz atıb. Goal.az xəbər verir ki, funksioner bunları deyib:

"Dostlar" var ki, nəhayət, "Bavariya"nın işlərinin çətinə düşməsinə sevinirdilər. Bizim məqsədimiz elə etməkdir ki, mövsümün sonunda onlar ağlasınlar. "Borussia Dortmund" rəhbərləri düşünürdü ki, bu mövsüm bizə yuxarıdan aşağı baxacaqlar. Nə oldu? Milad tətilində turnir cədvəlinə nəzər saldım və onlarla xal fərqimizin 12 olduğunu gördüm. "RB Leipzig"? Bizim gələcəyimiz çox rahatdır. Onlarda hər şey bir insanın istəyindən asılıdır. Cənab Ditrix Mateşiçin (red. klubun səhmdarı) isə 70-ə yaxın yaşı var".

16 turdan sonra 39 xal toplayan "Bayern Munich" turnir cədvəlinin lideridir.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
54498 səs