09/01/2017
12:16
6132
| A A A
Dopinq qalmaqalı bu dəfə işimizə yaradı

Azərbaycan London-2012 Olimpiya oyunları medalları siyahısına daha birini əlavə edib.

Goal.az xəbər verir ki, pomorska.pl saytı dopinq qalmaqallarından sonra ağır atletimiz İntiqam Zairovun aktivinə gümüş medal yazdırdığı barədə məlumat yayıb.

Olimpiadanı 6-cı yerdə başa vuran idmançımız dopinq qalmaqalında ilişsə də, sonradan bəraət alıb. Digər idmançıların dopinqdə ilişməsi nəticəsində 6-cı olan idmançımız 2-ci pilləyə yüksəlib. Qızıl medal isə iranlı Səid Məhəmmədpurkarkaranın olub.

Həmçinin Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi saytında da İntiqam Zairov London Olimpiadasının 2-cisi kimi göstərilib.

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
1447 səs