16/05/2018
13:02
1495
| A A A
Manchester City futbolçusu üçün xoş gün - FOTO

Manchester City-nin yarımmüdafiəçisi David Silvanın şəxsi həyatında xoş hadisə baş verib. Goal.az xəbər verir ki, onun körpə oğlu xəstəxanadan evə buraxılıb. Uşaq 2017-ci ilin sonlarında vaxtından əvvəl dünyaya gəldiyindən həkimlərin ciddi nəzarəti altında idi.

"Nəhayət ki, biz evə dönürük. Mən və həyat yoldaşım inanılmaz həkimlər briqadasına minnətdar olacağıq. Onlar son 5 ayda böyük peşəkarlıq və humanistlik göstəriblər. Çox sağolun" - Silva tvitterdə yazıb.

Daha öncə ispaniyalı havbek övladının vəziyyətinə görə bir neçə dəfə City-nin oyunlarını buraxmalı olmuşdu.