16/05/2018
18:09
5128
| A A A
Buffon İtaliya A Seriyasında son oyununa çıxacaq

Juventus və İtaliya millisinin qapıçısı Canluici Buffon karyerasını mövsümün sonunda başa vuracaq. Goal.az xəbər verir ki, təcrübəli qolkiperin agenti Silvyano Martino bu barədə məlumat verib.

"Bu, Tottinin vidası kimi olmayacaq. Belə şeylər Romanın tərzinə uyğundur. Mən, daha çox Del Pyeronun gedişi kimi bir vida gözləyirəm. Həmin gün çox göz yaşı olacaq. Futbol tarixinin ən böyük qapıçısını müşaiyət etmək şərəfinə nail olmuşam. Başqa bir söz deyə bilmərəm. Buffonun özü qərarını mətbuat konfransında elan edəcək".

"Qoca senyora" İtaliya A Seriyasının 38-ci turunda mayın 19-u Verona ilə qarşılaşacaq.