19/07/2018
17:40
16841
| A A A
PSG Neymar və Mbappe ilə bağlı qərar verib

PSG-nin  hücumçuları Neymar və Kilian Mbappenin gələcəyi ilə bağlı suallara aydınlıq gəlib. Goal.az xəbər verir ki, Mbappe klubda qalacaq. Rəhbərlik onun perspektivinə güvənir. Neymar haqqında son qərarı isə baş məşqçi Tomas Tuxel verəcək. Braziliyalı hücumçunun əvəzləyicisi tapılsa, yaxşı təklif gələcəyi halda satıla biləcəyi bildirilir. Bir neçə gün əvvəl Paris klubunun idman direktoru Luis Fernandes açıqlama verərək, Neymarın PSG-də qalmağa qərar verdiyini bildirmişdi.

PSG Neymarın əvəzləyicisi olaraq Juventus-un argentinalı futbolçucu Paulo Dibalanı düşünür.