27/07/2018
17:19
14854
| A A A
Real üçün 18 illik ənənə pozuldu

Real klubu yeni mövsümə tərkibində “Qızıl top” mükatçısı olmayan heyətlə başlayacaq. Bu ənənə son 18 ildə ilk dəfə pozulub. Goal.az xəbər verir ki, Luiş Fiqonun 2000/01 mövsümündə Real-a transferindən başlayaraq, “kral klubu”nun heyətində hər zaman “Qızıl top” mükafatçısı olub. Zinəddin Zidan, Maykl Ouen, Ronaldo, Fabio Konnavaro, Kaka və Kriştianu Ronaldo futbolçulara fərdi şəkildə verilən ən yüksək mükafata məhz bu klubun heyətində layiq görülüblər. Ronaldo hazırda Juventus-da oynayır. “Qızıl top” mükafatçıları arasında karyerasını davam etdirən digər futbolçu Barcelona-nın hücumçusu Leonel Messidir.