Ayaz Quliyevin komandası qalib gəlib
Rusiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Goal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da bu turnirdə növbəti matçına çıxıb. Bu komanda səfərdə aşağı liqa təmsilçisi “Sızran-2003” ilə qarşılaşıb. Ayazın komandası meydanı 4:0 hesablı qələbə ilə tərk edib və 1/8 finala yüksəlib. Quliyev də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb və sonadək oynayıb.
Ən maraqlısı hansıdır?
ÇEMPİONLAR LİQASI
AVROLİQA
AVROPA ÇEMPİONATI
DÜNYA ÇEMPİONATI